Türkiyədə keçirilən “Eternity-2025” təliminin ilk mərhələsi başa çatıb

Türkiyənin Qars vilayətində keçirilən “Eternity-2025” kompüter dəstəkli komanda qərargah təliminin ilk mərhələsi başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ordu qərargahında təşkil olunan kompüter dəstəkli komanda-qərargah təlimində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşları qarşıya qoyulan təlim tapşırıqlarını uğurla icra ediblər.

ƏvvəlkiQarsda Azərbaycan Türkcəsi və Ədəbiyyatı ixtisasının 20 illik yubileyi qeyd olunub
NövbətiÇindən yeni marşrut üzrə Azərbaycana multimodal yük daşımalarına start verilib