ABŞ Senatında şatdaunu dayandırmaq üçün keçirilən növbəti səsvermə uğursuz olub. AZƏRTAC-ın məlumatına görə, şatdaunun üçüncü günündə Senatda Respublikaçılar Partiyasının irəli sürdüyü hökumətin yenidən açılmasını nəzərdə tutan qanun layihəsi üzrə səsvermədə lazım olan 60 səs toplanmayıb. Bu, uğursuz olan 3-cü səsvermədir.