Fransada etiraz aksiyalarında 300-dən çox insan saxlanılıb

Fransada hökumətin sosial xərclərin azaldılması planlarına qarşı keçirilən etiraz aksiyalarında 300-dən çox insan saxlanılıb.

“Report” xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Bryuno Retayo BFMTV telekanalına açıqlamasında bildirib.

“309 nəfər saxlanılıb, onlardan 134-ü həbs edilib”, – nazir qeyd edib.

Onun sözlərinə görə, etiraz aksiyalarında 7 300 adam iştirak edib.

Bundan əvvəl Daxili İşlər Nazirliyi mitinqlərdə 500 mindən çox insanın iştirak etdiyini açıqlamışdı. Fransa Həmkarlar Konfederasiyasının hesablamalarına görə isə küçələrə 1 milyondan çox insan çıxıb.

Paris və digər şəhərlərdə – o cümlədən Nant, Renn, Lion və Marseldə aksiyalar iğtişaşlara çevrilib. Radikallar mağazaları və bank filiallarını dağıdıb. Polis etirazçıları saxlayıb və gözyaşardıcı qazdan istifadə edib.

Asayişin qorunması üçün Daxili İşlər Nazirliyi 80 mindən çox polis və jandarm, həmçinin zirehli texnika cəlb edib.

ƏvvəlkiBMT TŞ sentyabrın 23-də Qəzza və Ukrayna ilə bağlı iclaslar keçirəcək
NövbətiÜzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni quruluşda nümayiş olunub