Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

2025–2026-cı tədris ili üzrə avqustun 5-dən start verilən şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti avqustun 30-u saat 18:00-dək uzadılıb.

Valideynlər övladlarının məktəb yerdəyişməsini “sy.edu.az” portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər.

ƏvvəlkiAzərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
NövbətiUkraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana yola salınıb