Dövlət katibi ABŞ-nin İranla bağlı təklif və təhdidlərini açıqlayıb

“Vaşinqton Tehranla İranın maraqlarına cavab verəcək sövdələşməyə hazırdır, lakin Amerika tərəfi ondan nüvə ambisiyalarından əl çəkməsini tələb edir”.

“Report” xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio CBS televiziyasına müsahibəsində deyib.

“Bundan sonra nə baş verəcəyi İranın nə qərar verəcəyindən asılı olacaq. Diplomatiya yolunu seçsələr, biz hazırıq. Biz onlar üçün, İran xalqı və bütün dünya üçün xeyirli bir sövdələşmə bağlaya bilərik. Əgər onlar başqa yol seçsələr, onlar üçün nəticələr olacaq”, – Amerika dövlət siyasəti departamentinin rəhbəri bildirib.

ƏvvəlkiAzərbaycanda ilk dəfə UFC turniri keçirilib
Növbətiİran Prezidenti: ABŞ nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır