İstanbulda ABŞ-Ukrayna-Türkiyə və Rusiya-Ukrayna-Türkiyə formatında üçtərəfli görüşlər keçiriləcək

Sabah Türkiyənin İstanbul şəhərində müxtəlif formatlarda bir silsilə görüşlər keçiriləcək.

“Report”un yerli bürosuna bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

Onun sözlərinə görə, İstanbulda ABŞ-Ukrayna-Türkiyə və Rusiya-Ukrayna-Türkiyə 3 tərəfli görüşlər olacaq.

Sözçü ABŞ, Rusiya, Ukrayna və Türkiyənin 4 tərəfli formatında görüşün olub-olmayacağı ilə bağlı dəqiq məlumat olmadığını deyib.

ƏvvəlkiHakan Fidanın Vladimir Medinski ilə görüşü başlayıb
NövbətiRubio: ABŞ İstanbuldakı Rusiya-Ukrayna danışıqlarına böyük ümid bəsləmir