Cəlilabadda yol qəzasında ölən şəxslərin adları məlum olub

Cəlilabad rayonunda baş vermiş yol qəzası nəticəsində ölən şəxslərin adları məlum olub.

Türk.az-ın məlumatına görə, bunlar Bakı şəhəri, Sabunçu rayon sakini, 1980-ci il təvəllüdlü İsmayılov Anar Yaqub oğlu və Zərdab rayon sakini Novruzov Əbdülxaliq Səmid oğludur.

Qeyd edək ki, onlar gecə saatlarında “VAZ 2106” markalı avtomobilin maneəyə çırpılması nəticəsində ölüb.

ƏvvəlkiSəudiyyə Ərəbistanı Qətəri adaya çevirmək niyyətini təsdiqləyib
NövbətiPrezident İlham Əliyev Rusiyaya rəsmi səfərə gedib