“Açıq Hökumət Tərəfdaşlı Təşəbbüsü” bu dəfə İmişli sakinləri arasında təbliğ olundu

“Demokratik İnkişafın Təşviqi ” İctimai Birliyi “Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsnün regionlarda  sahibkarlar  arasında təbliğ  və təşviqi” adlı layihə çərçivəsində növbəti tədbirini İmişlı rayonunda keçirib.

Qeyd edək ki, layihə Azərbaycan Pespublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstək  Şurasının  maliyyə yardımı ilə həyat keçirilib.

Tədbiri layihə rəhbəri Rüfət Şıxıyev açaraq, təşəbbüslə bağlı tədbir iştirakçılarına məlumat verib. Layihə rəhbəri çıxışına Azərbaycanın “Açıq Hökumət Tərəfdaşlığı” (AHT) beynəlxalq təşəbbüsünə qoşulması tarixinə toxunmaqla başlayıb. Bildirib ki, ölkəmiz şəffaflığın artırılması və “Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübə mübadiləsinin aparılması məqsədilə 2011-ci ildə bu təşəbbüsə qoşulub: “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulmaqla şəffaflığın artırılması ilə əlaqədar öz hökumətin öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətidir”.

Bundan sonra çıxış edən layihənin eksperti  Şaban NəsirovAHT-nin məqsəd və prinsiplərindən danışıb.

 

Bildirib ki, AHT şəffaflığın artırılması, vətəndaşlara səlahiyyət verilməsi, korrupsiya ilə mübarizə və idarəçiliyin güclədirilməsi üçün yeni texnologiyaların tətbiq edilməsi sahəsində hökumətlərin müəyyən öhtəliklərin yerinə yetirilməsinə təminat verən yeni çoxşaxəli təşəbbüsdür. Təşəbbüs bütün maraqlı tərəflərin içtirakını nəzərdə tutaraq, Açıq Hökumət Tərəfdaşlığına Hökumət və vətəndaş cəmiyyəti tərəfindən nəzarət edilir. Bütün AHT öhtəlikləri dörd əsas açıq hökumət prinsiplərini əks etdirməlidir. Şaban Nəsirov həmin prinsipləri sadalayıb:

 Şəffaflığ: Hökumətin fəaliyyəti və qərarları barədə məlumat açıq, tam, vaxtında verilmiş və ictimayətin əldə edə biləcəyi şəkildə olmalı və əsas açıq məlumat standartlarına uyğun olmalıdır.

Vətəndaş İştirakı: Hökumətlər vətəndaşların ictimai debatlarda iştirakı, daha cavabdeh, innovativ və effektiv hökumət üçün töhfələri naminə mobilizə etməyə yollar axtarırlar.

Hesabatlılıq: Hökumət təmsilçilərinin fəaliyyətini əsaslandırmağa çağıran, onlara yönələn tənqid və tələblər əsasında fəaliyyət göstərməyi və qnun-qaydalara əsasən fəaliyyət göstərmədikdə cavabdehlik daşımağı tələb edən qaydalar, qanunlar, mexanizmlər mövcud olması.

Texnologiya və İnovasiya: Hökumətlər vətəndaşların yeni texnologiya ilə təmin olunması əhəmiyyətini, inovasiyaların yaradılmasında yeni texnologiyaların rolunu və texnologiya istifadə etməkdə vətəndaşların imkanlarının artırılması vacibliyini qəbul edir.

Daha sonra təbbir iştirakçılarının sualları cavablandırılıb.

ƏvvəlkiMəşhur müğənni Areta Franklin uzun sürən xəstəlikdən sonra vəfat edib
NövbətiXƏZƏR ÜZRƏ RAZILAŞMA — BAKININ BÖYÜK DİPLOMATİK UĞURU!