“AzerGold” satış mərkəzi yaradır

“AzerGold” QSC satış mərkəzi yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də ötən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib.

“Burada “AzerGold” tərəfindən istehsal edilən sikkə və külçələrin minimal mənfəət marjası ilə satışı və bu məhsulların qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı reallaşdırılacaq. Beləliklə, “AzerGold” QSC-dən qızıl sikkə və külçələri əldə etmək istəyən müştərilər gələcəkdə bu məhsulların təkrar bazarda hansı qiymətlə sata biləcəyini təxmin edəcəklər. Tətbiq edilməsi planlaşdırılan sistem bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına mühüm töhfə verəcək”, – deyə Z.İbrahimov diqqətə çatdırıb.

ƏvvəlkiErmənistan sərhədin Qazax istiqamətində təxribat törədib, atəşkəs pozulub
NövbətiPrezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavinini qəbul edib