AzTV-nin binasında bədbəxt hadisə baş verib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.

ƏvvəlkiHeydər Əliyev Fondu 100 minədək ailəyə sovqat göndərir
Növbəti“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub