Stend atıcılığı üzrə dünya çempionatı təxirə salınıb

Fransada keçirilməli olan stend atıcılığı üzrə dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) mətbuat xidməti məlumat yayıb.

Yarış iyunun 9-19-da Şatoru şəhərində keçirilməli idi. Turnirin 2021-ci ildə təşkil olunması qərara alınıb.

ƏvvəlkiTürkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü
NövbətiHeydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı