Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlər quraşdırılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Tovuz stansiyasında daha 6 yoldəyişən qurğular təzələnməsi planlaşdırılır. 

Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində ümumilikdə171
yoldəyişən qurğunun qoyulması nəzərdə tutulur. Prosesə ötən ilin avqust
ayının əvvəlində başlanılıb və bu günə qədər 119 yoldəyişən təzələnib. Sabah
Tovuz stansiyasında daha 6 yoldəyişən təzələnməsi planlaşdırılır. Prosesi
“Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir
Yolu Müəssisələri icra edir.
Yoldəyişən qurğular dəmir-beton tirlər üzərində qoyulur ki, bu da
hərəkətin təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi
baxımından çox əlverişlidir və sürətin artırılmasına imkan verir. Yeni
yoldəyişənlər üzərindən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz
şəraitdə keçəcək.

ƏvvəlkiYol polisindən Qarabağ veteranına böyük sayğı
NövbətiXalqın səsi ilə danışmaq üçün, birinci xalqı dinləmək lazımdır