16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla yay məktəbləri təşkil ediləcək

16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla yay məktəbləri təşkil ediləcək.

Trend-in məlumatına görə, bu barədə özünün “Facebook” səhifəsində təhsil naziri Emin Əmrullayev yazıb.

Nazir bildirib: “Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44% iştirakçı bu təşəbbüsü dəstəkləmişdir. Şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək. Pandemiya dövründə “itirilmiş öyrənmə”ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm”.

ƏvvəlkiErmənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib
Növbəti“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib