Ərdoğan Trampın Suriya ilə bağlı qərarına münasibət bildirib

“ABŞ Prezidenti Donald Trampla Suriya məsələsi ilə bağlı sonuncu telefon danışığımızda eyni düşündüyümüz məlum oldu”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “500 böyük xidmət ixracatçısı mükafatı” tədbirində bildirib.

“Donald Tramp telefon danışığımızda dedi: “Siz İŞİD-i təmizləyə bilərsiniz?” Dedim: “Təmizləyərik”. Lazımi lojistik dəstəyi siz verin, qalanını biz edərik. Bütün terrorçu qruplaşmaları zərərsizləşdirməyə qadir Türkiyə hərbçisi və Azad Suriya Ordusu var. Nəhayət, bu istiqamətdə ümidverici və açıq sözləri ABŞ hakimiyyətindən eşitməyi bacardıq. Keçmişdəki acı təcrübələrimizə əsasən, bunu da ehtiyatla qarşılayırıq. Fəratın şərqində antiterror əməliyyatı keçirməyi qərara almışıq. Ancaq Trampla danışığımız və qarşılıqlı təmaslarımıza görə bir müddət gözləməyi məqsədəuyğun saydıq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ölkə hərbçilərinin və hərbi texnikalarının Suriyadan çıxarılmasına dair sənəd imzalayıb. Ötən gün hərbi texnika ilə dolu ilk TIR-lar İraqa gedib.

ƏvvəlkiÖzbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə ardıcıl olaraq inkişaf edir
NövbətiAtəşkəs rejimi 28 dəfə pozulub