Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

ƏvvəlkiDİM II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək abituriyentlərə müraciət edib
NövbətiFərid Osmanov: “Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ən aktual mövzulardan biridir”