Zelenski ABŞ-a səfər edib

Ağ Evdə ABŞ Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib.

Trend xəbər verir ki, V.Zelenskini Ağ Evin girişində C.Bayden və xanımı qarşılayıb.

Ukrayna prezidenti ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək.

Ukraynadakı mövcud vəziyyətin müzakirəsi gözlənilir.