Zakir Həsənov Ərdoğanla görüşüb

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.

APA-nın “Yeni Şafak”a istinadən verdiyi xəbərə görə,  bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Türkiyə müdafiə naziri Nurettin Canikli də iştirak edib.