Yupiterdən 12,7 dəfə böyük və qeyri-adi işıq saçan planet aşkarlanıb

Nyu-Mexiko Milli Elm Fondu Radio Astronomiya Rəsədxanasının alimləri, təxminən, 200 milyon il yaşı olan qəribə obyekt aşkar ediblər.

Türk.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda göy cismi Günəş sistemindən kənarda, Yerdən 20 işıq ili məsafədə yerləşir.

Həmin obyektin qəribəliyi onun qeyri-adi işıq saçmasındadır.

“Planet” ana ulduzu olmadan fazada səyahət edir və bu da göy cisimləri üçün son dərəcə qeyri-adi hal hesab edilir. Məhz buna görə də ona “Tənha, özbaşına planet” (“Rogue planet”) adı verilib.

Planetin özü Yupiterdən 12,7 dəfə böyükdür, maqnit sahəsi Yupiterdən 200 dəfə, səthinin temperaturu isə 800 dərəcə Selsidən çoxdur.