Yol qəzasına düşən İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib

Bu gün avtomobillə yol qəzasına düşən Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib.

“Report” “İhlas”a istinadən xəbər verir ki, o, hadisə yerinə cəlb olunan xilasedicilərin köməkliyi ilə yararsız hala düşən avtomobildən çıxarılıb.

Tatlısəs digər 4 yaralı ilə birlikdə xəstəxanaya yerləşdirilib.