Yol polisi Bilik günü ilə bağlı paytaxt sürücülərinə müraciət etdi

Səhər saatlarında gözlənildiyi kimi paytaxtın əsasən Nərimanov, Nəsimi, Yasamal, Səbail, Binəqədi, Nizami və Xətai rayonlarının ərazisində avtomobillərin sıx hərəkətləri daha çox müşahidə olunur.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Trend-ə açıqlamasında bildirib ki, yollarda bu gündən etibarən azyaşlı və yeniyetmələrin piyada qismində hərəkətləri xüsusəndə məktəblərə yaxın ərazilərdə daha da çoxalacaq.

“Sürücülərdən son dərəcə məsuliyyətli olmağı hərəkət surətinə, yol nişanlarına, piyada keçidlərinə yaxınlaşarkən diqqəti artırmağı, valideyinlərdən və məktəb kollektivlərindən uşaqları mütəmadi olaraq təlimatlandırmağı xahiş edirik! Hər hansısa bir bədbəxt hadisənin, qəzaların baş verməməsi üçün bütün hərəkət iştirakçılarından yollarda təhlükəsizlik qaydalarına qarşı ciddi münasibət göstərməyini bir daha xahiş edirik”,-A. Əsgərli qeyd edib.