Yevlaxda mikroavtobus qəzaya düşüb, 10-a yaxın yaralı var

Yevlax rayonunda mikroavtobus qəzaya düşüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, mikroavtobusla “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində, 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.