Yevlax rayonunda zəlzələ baş verib

Mingəçevir stansiyasından 15 km cənub-şərqdə, Yevlax rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata əsasən, yerli vaxtla saat 21.35-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,0 olub. Zəlzələ ocağı Yerin 31 km dərinliyində yerləşib.

Zəlzələ hiss olunmayıb.

ƏvvəlkiQəbələ festivalında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert təqdim olunub
NövbətiSumqayıtda iki nəfər dənizdə batıb