Yeni Zelandiyada məscidə silahlı hücum nəticəsində 27 nəfər həlak olub

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 27 nəfər ölüb.

Türk.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Stuff” portalı məlumat yayıb.

Bildirilir ki, yerli xəstəxanalar 40-50 yaralının gətiriləcəyini gözləyirlər.

“New Zealand Herald” nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib. Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir.

Yeni Zelandiya məscidlərində atəş açanlardan birinin şəxsiyyəti müəyyən edilib. Bu 28 yaşlı ultrasağçı Avstraliya vətəndaşı Brenton Tarrantdır. Ötən gün o, sosial şəbəkələrdə Türkiyə baş naziri və Almaniya kanslerini öldürmək çağırışı ilə çıxış edib.