Yeni “iPhone” modelləri təqdim edilib

“Apple” şirkəti Kupertino şəhərində keçirilən illik təqdimat mərasimində yeni “iPhone Xs”, “iPhone Xs Max” və “iPhone Xr” smartfonlarını ictimaiyyətə nümayiş etdirib.

Türk.az xarici mətbuata istinadən xəbər verir ki, “iPhone Xs” və “iPhone Xs Max”ın ekranının diaqonalı 2,7 milyon piksellik icazə ilə müvafiq olaraq 5,8 düym və 6,5 düym təşkil edib.

“iPhone Xr” modeli yeni “iPhone Xs”in sadələşdirilmiş variantıdır. Smartfon 6,1 düymlük IPS ekranı ilə təchiz edilib. Daha bahalı modellərdən fərqli olaraq, “iPhone Xr” 12 meqapiksel icazəli yalnız bir əsas kameraya malikdir. Bundan əlavə, qurğunun korpusu alümindən hazırlanıb. Telefonun qiyməti 749 dollardan başlayır.

“iPhone Xs” modeli elektron sim-kartla təchiz edilib.

“Apple” şirkətinin marketinq üzrə böyük vitse-prezidenti Fil Şiller bildirib ki, bu, iki sim-kartlı “Dual-SIM” funksiyasından istifadə etməyə imkan verəcək və bir aparatda müxtəlif tarif planlarına keçmək imkanına malikdir. O bildirib ki, ABŞ-da bir sıra aparıcı mobil rabitə provayderləri artıq yeni texnologiyanı dəstəkləməyə razılıq veriblər.

O, xüsusilə “AT&T”, “Verizon” və “T-Mobile” şirkətlərinin adını çəkib.

Yeni qurğular xarici görünüş baxımından elə də dəyişikliyə uğramayıblar.