“Yelo Bank”dan Azərbaycan ordusuna dəstək üçün 150 min manat

“Yelo Bank” ASC Azərbaycan torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşən orduya dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürür.

Bununla yanaşı, Bank döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə də 50 min manat vəsait ayırır.

Daha əvvəl isə “Yelo Bank” koronavirusun yayılmasının qarşısının alınması ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi üçün də 200 min manat vəsait ayırmışdı.

Hamı üçün çətin bir vaxtda hər birimiz həmrəylik nümayiş etdirməliyik.