Yaşar Güler: “Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”

Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 19-da Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığında bildirib.

General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.