Yaşa görə pensiyanın orta aylıq məbləği 358 manatdır

Azərbaycanda yaşa görə pensiyanın orta aylıq məbləği 358 manatdır.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda respublika üzrə pensiyaçıların ümumi sayı 1 milyon 200 min nəfərdən çoxdur. Bu da respublika üzrə ümumi əhalinin 12 faizini təşkil edir. Pensiyaçıların 55,5 faizini qadınlar, 44,5 faizini isə kişilər təşkil edir.