Yarışa sayılası günlər qalmış məşqçi komandadan uzaqlaşdırıldı

İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib. Türk.az-ın məlumatına görə bu barədə qərarı Krasnodarda keçirilən mətbuat konfransında İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlayıb.

“Baş məşqçinin xidmətindən imtina etmək məcburiyyətindəyik. Ona işlərində uğurlar arzulayırıq” – deyə, federasiya rəhbəri bildirib.

Ötən gün Lopeteqinin dünya çempionatının ardından “Real”ın yeni baş məşqçisi olacağı açıqlanmışdı. Bu qərar İspaniya Futbol Federasiyasının rəhbərliyi tərəfindən qəzəblə qarşılanmışdı.

Qeyd edək ki, Xulen Lopeteqi üç həftə öncə yığma ilə olan müqaviləsini 2020-ci ilə qədər uzatmışdı.

ƏvvəlkiBağçada azyaşlıya işgəncə verən tərbiyəçi həbs edildi
NövbətiAzərbaycan və İtaliya dəmiryolçuları əməkdaşlıq perspektivlərini müzakirə ediblər