Yaponiyanın İmperatoru Azərbaycan liderini təbrik edib

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un məlumatına görə, mətndə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə xoşbəxtlik, xalqınıza firavanlıq arzu edirəm”.

ƏvvəlkiSeulda Çin, Yaponiya və Cənubi Koreya liderlərinin toplantısı keçirilir
NövbətiDİN: Son iki gündə 90 cinayətin açılması təmin olunub