Yaponiyada zəlzələdə onlarla insan xəsarət alıb

Yaponiyanın paytaxtı Tokioda və ətraf ərazilərdə baş verən 6,1 maqnitudalı zəlzələ zamanı xəsarət alanların sayı açıqlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində 19 nəfər yaralanıb.

Qeyd edək ki, zəlzələdən sonra paytaxtətrafı dəmir yollarında “Shinkansen” sürət qatarlarının səfərləri dayandırılıb.

ƏvvəlkiMərakeşdə yeni hökumət elan edilib
NövbətiVətən müharibəsi şəhidi Əliağa Məmmədovun xatirəsi anılıb