Yaponiyada zəlzələdə onlarla insan xəsarət alıb

Yaponiyanın paytaxtı Tokioda və ətraf ərazilərdə baş verən 6,1 maqnitudalı zəlzələ zamanı xəsarət alanların sayı açıqlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində 19 nəfər yaralanıb.

Qeyd edək ki, zəlzələdən sonra paytaxtətrafı dəmir yollarında “Shinkansen” sürət qatarlarının səfərləri dayandırılıb.