Yaponiya Rusiyaya nota verdi

Yaponiya Kuril adalarının cənubunda qırıcıların yerləşdirilməsiylə əlaqədar Rusiyaya etiraz notası göndərib.

Türk.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Notanın Rusiya Xarici İşlər Nazirliyinə 3 avqustda göndərildiyi bildirilib.

Qeyd edək ki, keçən həftə Rusiya Kuril adalarının cənubunda Su-35C təyyarələrini yerləşdirmişdi.