YAP İdarə Heyəti MSK üzvlüyünə namizədləri təsdiqləyib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda Milli Məclisdə deputatları çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.

Həmin şəxslərin adlarını təqdim edirik:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Sürəddin Hümmətov – ehtiyat üzv

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Məsələ gələn həftə – aprelin 27-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.