YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyindən ordumuza dəstək

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyi Milli Orduya dəstək məqsədilə “Ali Baş Komandanın əmrini gözləyirik” adlı videoçarx hazırlayıb.

Videoçarxda Azərbaycan gəncliyinin hər zaman ordumuza dəstək olduqları, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdikləri, Onun əmrinə istənilən zaman hazır olduqları bir daha nümayiş etdirilib.

Qeyd edək ki, Gəncənin yüzlərlə gənci iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri üzrə bölmələrinə xüsusi karantin rejiminin qaydalarına uyğun onlayn müraciət edərək, düşmənə qarşı döyüşmək üçün könüllü ordu sıralarına yazılıblar. Onların arasında YAP Gəncə şəhər təşkilatının gənc fəalları çoxluq təşkil edib.