Xocavənddə baş verən avtoqəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə 13 nəfər yerləşdirilib

Fevralın 6-da Xocavənddə baş verən avtoqəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla bağlı 13 nəfər yerləşdirilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır və 2 nəfəri reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır qiymətləndirilir.

Digər 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.