Xocalı soyqırımının ən fəal iştirakçılarından biri məhv edilib

Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın ən yaxın dostu, “Saşik” ləqəbli Aleksandr Arutyunyan Azərbaycan hərbiçiləri tərəfindən məhv edilib.

Trend xəbər verir ki, sözügedən şəxs Xocalı faciəsinin ən fəal iştirakçılarından olub və separatçı rejim tərəfindən dinc əhalimizə tutulan divanda fəal iştirakına görə “Döyüş xaçı” ilə təltif edilmişdi.

Qarabağ separatçılarının başçısı günorta saatlarında ən say-seçmə döyüşçülərini yığaraq Hadruta əks-həmlə təşkil etmişdi.

ƏvvəlkiPakistan növbəti dəfə Azərbaycanı dəstəklədi
NövbətiAzərbaycan QHT-ləri bəyanat yayıb