Xızıda partlayışda xəsarət alan şəxsin son durumu açıqlanıb

Xızı rayonunda bu gün saat 15 radələrində baş verən partlayış zamanı xəsarət alan 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, onun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, sursat partlayışı nəticəsində Sumqayıt şəhər sakinləri 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilov həlak olub, 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov müxtəlif xəsarətlər alıb.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

ƏvvəlkiAğırlıqqaldırma üzrə millimiz Vətənə qayıdıb
NövbətiAvropa Ağır Atletika Federasiyası: “Azərbaycan komandası və Federasiyası ilə həmrəyik”