Xırdalanda çoxmərtəbəli yaşayış binasında partlayış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayış olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur.