XİN Tərtər və Bərdə rayonlarında yerləşən 500 ailəyə humanitar yardım göstərib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı zərər çəkmiş Tərtər və Bərdə rayonlarında yerləşən 500 ailəyə humanitar yardım göstərilib.

Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu rayonlardakı şəhid ailələrinə, eləcə də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində ailə üzvlərini və yaxınlarını itirən vətəndaşlarımıza XİN-in rəhbərliyi və kollektivi adından başsağlığı verilib, onlara humanitar yardım göstərilib.