Vüqar Qurbanov Bakıda baş vermiş partlayışla bağlı açıqlama verib

Bakıda baş verən partlayışla bağlı TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə ümumilikdə 37 müraciət olub.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

O bildirib ki, onlardan 23 nəfəri stasionar müalicəyə qəbul olunub:

“Digər şəxslərə isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Stasionara qəbul edilən 2 nəfərə isə yardım olunandan sonra vəziyyətləri normal olduğu üçün evə buraxılıb”

Onun sözlərinə görə, vəziyyəti kritik olan xəstələrin yaxınları ilə mütəmadi əlaqə saxlanılır.

“Müraciətlərin 90%-i yanıq xəsarətləridir. Xəsarət alan şəxslər arasında travmatoloji sınıqla bağlı müraciət edənlər də var. Onlara da aidiyyəti üzrə yardım göstərilib”, – Vüqar Qurbanov deyib.

ƏvvəlkiAzərbaycan güləşçisi Rafiq Hüseynov üçqat Avropa çempionu olub
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 42 yoluxma faktı qeydə alınıb