Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabr ayının 27-də Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəbul Gəncə Şəhər Polis İdarəsinin inzibati binasında keçiriləcək.

ƏvvəlkiXocavənd rayonunun işğalından 27 il ötür
NövbətiBakının iki qəsəbəsinin qaz təchizatı məhdudlaşdırılıb