Vergiödəyicilərinin ümumi sayı 115,7 faiz artıb

Aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 240 min 652 vergiödəyicisinin 87,7 faizi fiziki şəxs, 12,3 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 167 min 992 vahid və ya 115,7 faiz artıb. Bunun da 94,6 faizi fiziki şəxslərin, 5,4 faizi hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergiödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib.

Ötən ilin mart ayından başlamaqla müşahidə olunmuş ardıcıl 12 aylıq azalma dövründən sonra, ilk dəfə olaraq cari ilin mart ayında qeydiyyatın sayında artım müşahidə edilib.