Vergi orqanlarında işə qəbul imtahanı noyabrın 28-də olacaq

Dövlət İmtahan Mərkəzinin server və şəbəkə avadanlıqlarında aparılan texniki işlərlə əlaqədar vergi orqanlarına işə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadılıb.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahana qeydiyyat noyabrın 21-i saat 23:00-dək davam edəcək. Vergi orqanlarına işə qəbul imtahanı noyabrın 28-də keçiriləcək.