Velosiped istehsalı üçün idxal edilən ehtiyat hissələri daha 2 il gömrük rüsumundan azad olunacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarında dəyişiklik edib.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, həmin qərarın qüvvədə olma müddəti daha 2 il uzadılıb.

Qərar velosiped istehsalı üçün ölkəmizə idxal edilən ehtiyat hissələrinin gömrük rüsumlarından azad olunmasının iki il müddətinə uzadılmasını ehtiva etməklə, yerli istehsalın və regionların sənaye potensialının inkişafına dəstək məqsədi daşıyır.