Vətən müharibəsi şəhidi Gəncədə dəfn edilib

Vətən müharibəsi şəhidi dəfn edilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olunan və dünən nəşi tapılan Elvin Mustafayev Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfin mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.

Xatırladaq ki, E.Mustafayev oktyabr ayında Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.