Dahilər həmişə yox, yüz ildən, yüz illərdən bir doğulur. Onların əməlləri, xalqının rifahı uğrunda gördüyü işlər və göstərdikləri qəhrəmanlıqlar zaman-zaman yaşayır, dillərdə dastanlara, xatirələrə çevrilir. Tale Azərbaycan xalqına da belə bir xoşbəxtlik nəsib edib. Xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyev məhz belə nadir şəxsiyyətlərdən biridir. Ümummilli Liderimiz ürəklərdə əbədi yaşayır, xatirəsi hörmət və ehtiramla yad edilir.
AZƏRTAC Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr etdiyi xüsusi videosüjeti təqdim edir.

























































