Ukraynanın Rusiyaya qarşı Haaqa Məhkəməsində iddiasına 2 dövlət qoşulub

Kanada və Nideland BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsinə birgə ərizə ilə müraciət edib.

APA-nın xəbərinə görə, iddiaçılar Ukraynanın Rusiyaya qarşı iddiasına münasibət bildirmək niyyətindədir. Onlar 1948-ci il Konvensiyasının Rusiyaya münasibətdə tətbiqini şərh etmək istəyirlər. Bu barədə məlumat Kanada hökumətinin saytında dərc olunub.

Ottava və Amsterdam Rusiyanı Ukrayna ərazisində hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.