Ukraynada Rusiya tərəfindən döyüşən Moldova vətəndaşları vətəndaşlıqdan çıxarılacaq

“Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşən Moldova vətəndaşları vətəndaşlıqdan çıxarılacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu sentyabrın 26-də Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən brifinqdə bildirib.

Prezdenti vurğulayıb ki, Moldovanın şərq rayonlarında vətəndaşların səfərbərliyə cəlb edilməsi riski var. Onun sözlərinə görə, Ali Təhlükəsizlik Şurasının toplantısında bunun qarşısını almaq, təcavüzkarın tərəfində vuruşacaq Moldaova ilə yanaşı, Rusiya Federasiyası vətəndaşlığına malik şəxslərin Moldova vətəndaşlığından çıxarılması imkanlarını təhlil ediblər: “Biz həmçinin muzdlu olmaq istəyən Moldova vətəndaşları üçün cəzaların sərtləşdirilməsi imkanlarını araşdırırıq”.

Qeyd edək ki, Moldovanın Dnestryanı bölgəsinə separatçılar nəzarət edir. Ölkənin bu bölgəsi Rusiyanın nüfuzu dairəsi altındadır. Ehtimal etmək olar ki, M.Sandunun xəbərdarlığı daha çox Dnestraynı bölgədəki Moldova vətəndaşlarına ünvanlanıb.