Ukraynada doğum evinə aviahücum zamanı 17 nəfər xəsarət alıb

Rusiya hərbçilərinin Ukraynanın Mariupol şəhərinin doğum evinə endirdiyi hava zərbəsi nəticəsində 17 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Donetsk hərbi-mülki administrasiyasının rəhbəri Pavel Kirilenko “UAraz” telekanalının efirində bildirib.

“Hazırda Mariupol şəhər 2 saylı doğum evinə endirilmiş aviazərbə nəticəsində xəsarət alanların sayı 17 nəfərdir, tibb işçiləri və doğuş keçirən qadınlar arasında xəsarət alanlar var”, – o qeyd edib.

Pavel Kirilenko bildirib ki, çərşənbə günü səhər, martın 9-na olan məlumata görə, Mariupolda mülki əhali arasında ölüm sayı 1 207 nəfərdir.

O, hava hücumunun “sükut” rejimi dövründə həyata keçirildiyini vurğulayıb.