Ukrayna prezidenti rusiyalı həmkarına görüşməyi təklif edib

Prezident Vladimir Zelenski sabiq dövlət başçısı Leonid Kuçmanı Donbas münaqişəsinin nizamlanması üzrə əlaqə qrupunda Ukraynanın nümayəndəsi təyin edib.

Bu barədə “Report” Ukrayna KİV-inə istinadən xəbər verir.

V.Zelenski Kiyevdə keçirilən brifinqdə Kuçmanın rəhbərlik edəcəyi əlaqə qrupunun iyunun 5-də Minskdə növbəti iclasa qatılacağını qeyd edib.

Prezident bildirib ki, rəsmi Kiyevin Donbas münaqişəsinin nizamlanması üzrə konkret təklifləri və yeni həll yolları var.

Əvvəlki“Microsoft”: “Azərbaycan hökuməti süni intellekt strategiyasının hazırlanması ilə məşğuldur” – MÜSAHİBƏ
NövbətiAzərbaycanda taxıl biçini üzrə ən yüksək məhsuldarlıq Bərdədə, ən aşağı məhsuldarlıq isə Abşerondadır